“Terrorizm və məzhəbçiliyin öhdəsindən gəlmək üçün birlikdə çalışmalıyıq”, R.T.Ərdoğan
Ankarada Ərdoğan-Ruhani görüşü
Türkiyə səfərinin ikinci günü İran prezidenti Həsən Ruhani Ankara Cumhurbaşkanlığı (Prezident Aparatı) Kompleksində ölkə başçısı Rəcəb Tayiyp Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Görüşdən sonra ortaq mətbuat konfransında çıxış edən Ərdoğan deyib: "Türkiyə və İran qlobal və regional səviyyədə olan böyük dövlətlərdir. Buna görə hazırda bölgəmizi sarsıdan terrorizm və məzhəbçilik problemlərinin öhdəsindən gəlmək üçün birlikdə çalışmalıyıq. Ölkələrimizin Suriya və İraq başda olmaqla bölgəmizdə axan qanın və yaşanan böhranın dayandırılması üçün lazım olan işlərə liderlik etməsi şərtdir. Hər iki dövlət aramızdakı siyasi dialoqu gücləndirməklə fikir ayrılıqlarını minimuma endirmək, müştərək əzmkarlığı təmin etmək niyyətindədir. Bu şəkildə davransaq, bölgəmizdəki problemlərə xaricdən müdaxiləyə ehtiyac qalmaz, yaxından köməkləşərək nəticə alarıq. Bölgənin iki əhəmiyyətli ölkəsi olaraq üzərimizə böyük məsuliyyət düşür".
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...