Sǝudiyyǝ Әrǝbistanı Kralı Türk hökumǝti vǝ xalqına tǝşǝkkür etdi
Sǝudiyyǝ Әrǝbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səud İslam Әmǝkdaşlığı Tǝşkilatının XIII Sammitini tǝşkil etdiyinǝ görǝ Türk hökumǝti vǝ xalqına tǝşǝkkür edib.
Sǝudiyyǝ Әrǝbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səud İslam Әmǝkdaşlıq Tǝşkilatının XIII Sammitini tǝşkil etdiyinǝ görǝ Türk hökumǝti vǝ xalqına tǝşǝkkür edib.
Kral Salman özünün “Twitter" sǝhifǝsindǝ verdiyi açıqlamada bildirib ki, dünyada sülhün tǝmin edilmǝsi vǝ müsǝlman xalqlara xidmǝt üçün İӘT Sammitinin hǝdǝflǝrini hǝyata keçirǝcǝyinǝ ümid edirik.
Kral Türk hökumǝti vǝ xalqına sammitin tǝşkilatçılığında göstǝrdiyi sǝylǝrǝ görǝ dǝ tǝşǝkkür edib.
Qeyd edǝk ki, aprelin 14-dǝ İstanbul Konres Mǝrkǝzindǝ başlayan İslam Әmǝkdaşlıq Tǝşkilatının sammitinǝ 30-dan artıq üzv ölkǝnin dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝri, digǝr üzv ölkǝlǝrin isǝ mǝclis sǝdri vǝ yaxud da xarici işlǝr nazirlǝri qatılır.
Zirvǝdǝ Türkiyǝ vǝ Sǝudiyyǝ Әrǝbistanı ikitǝrǝfli ǝlaqǝlǝrini daha da inkişaf etdirmǝk mǝqsǝdilǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ilǝ bu ölkǝnin Kralı Salman bin Әbdülǝziz Әl-Sǝudun rǝhbǝrliyindǝ iki ölkǝnin xarici işlǝr nazirlǝri Mövlud Çavuşoğlu vǝ Adil bin Әhmǝd ǝl-Cübeyr tǝrǝfindǝn Türkiyǝ-Sǝudiyyǝ Әrǝbistanı Koordinasiya Şurasının qurulmasına dair saziş imzalanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq