İran prezidenti Ankaraya səfər edəcək
İran İslam Respublikasının prezidenti Həsən Ruhani sabah Ankaraya rəsmi səfərə gələcək.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani sabah Ankaraya rəsmi səfərə gələcək.
Dövlət Rəhbərliyi mənbələrindən alınan məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə görüşünə qatılmaq üçün İstanbulda olan H. Ruhani prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada olacaq.
Ziyarət əsnasında R. T. Ərdoğan və H. Ruhaninin başçılığı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 3-cü yığıncağı da reallaşdırılacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq məsələlər də müzakirə ediləcək. Ruhaninin ziyarəti qonşuluq əlaqələri ilə köklü tarixi və mədəni bağlara sahib İranla son dövrdə sürətlənən siyasi dialoq və əməkdaşlığın daha da irəliləməsinə yardımcı olacaq.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...