Səudiyyə -Türk Koordinasiya Şurasının yaradılmasına dair anlaşma memorandumu imzalandı

Səudiyyə -Türk Koordinasiya Şurasının yaradılması haqqında anlaşma memorandumu İstanbulda imzalandı.

471018
Səudiyyə -Türk Koordinasiya Şurasının yaradılmasına dair anlaşma memorandumu imzalandı

Türkiyənin prezident aparatından verilən məlumata görə, Səudiyyə -Türk Koordinasiya Şurasının yaradılmasına dair anlaşma memorandumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Suudun hüzurlarında iki ölkənin Xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Adil bin Əhməd Əl Cübeyr tərəfindən imzalanıb.

Səudiyyə-Türk Koordinasiya Şurası iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirməyi, dostluq bağlarını möhkəmləndirməyi, xalqlar arasındakı əlaqələri gücləndirməyi hədəfləyir.

Şuranın yaradılması Rəcəb Tayyib Ərdoğanın dekabrın sonunda Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfər zamanı Kral Salman ilə razılaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr