R.T Әrdoğan:“Terroru mǝğlub etmǝyin açarı hǝmrǝylikdir”

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan terroru mǝğlub etmǝyin açarının hǝmrǝylik olduğunu söylǝyib.

470951
R.T Әrdoğan:“Terroru mǝğlub etmǝyin açarı hǝmrǝylikdir”

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan terroru mǝğlub etmǝyin açarının hǝmrǝylik olduğunu söylǝyib.

Dövlǝt başçısı İslam Әmǝkdaşlıq Tǝşkilatının İstanbulda keçirilǝn növbǝti sammitinin ǝhǝmiyyǝtindən bəhs edən mǝqalǝ yazıb.

Әrdoğan qǝrargahı Qǝtǝrdǝ yerlǝşǝn Әl Cǝzirǝ və ABŞ-da fǝaliyyǝt göstǝrǝn CNN telekanalının internet sǝhifǝlǝrindǝ yayımlanan mǝqalǝdǝ bildirib ki, insanlar siyasi düşüncǝlǝri, milli xüsusiyyǝti, inancı vǝ mǝdǝni dǝyǝrlǝri ilə nǝ olarsa olsun sülh vǝ ǝdalǝti arzulamaq mövzusunda hǝmfikirdirlǝr.

Dövlǝt başçısı İslam alǝminin qarşı-qarşıya olduğu vǝziyyǝtǝ diqqǝt çǝkǝrǝk ǝdalǝt vǝ sülh üçün İstanbulda zirvǝ keçirdiklǝrini vǝ terrora qarşı qlobal sǝviyyǝdǝ mübarizǝ aparmaq mǝqsǝdilǝ bir araya gǝldiklǝrini bildirib.

Әrdoğan qeyd edib ki, ǝsrlǝrdir bir arada yaşamış müxtǝlif mǝzhǝblǝrǝ mǝnsub insanları, etnik vǝ dini qrupları bir-birinǝ qarşı qoyan, düşmǝn edǝn siyasǝtlǝrdǝn ǝn böyük qazancı terror tǝşkilatları və İslama düşmǝn olduqları mǝlum olan qüvvǝlǝr ǝldǝ edir.

Әrdoğan sosial gǝrginliklǝrǝ reaksiya olaraq yeni yollar axtaran qruplar, xüsusilǝ dǝ gǝnclǝrin DEAŞ vǝ Әl Qaidǝ kimi terror tǝşkilatlarının istismarına çevrildiklərini qeyd edib.

“İslam ölkǝlǝri bu vǝziyyǝtǝ tamaşaçı kimi yanaşa bilmǝz və yanaşmamalıdır" deyǝ vurğulayan dövlǝt başçısı bildirib ki, terror artıq sadǝcǝ bǝzi ölkǝlǝrǝ vǝ bölgǝlǝrǝ qarşı bir tǝhdid deyil, xüsusilǝ Avropadakı müsǝlman icmalarını incidǝn, gözdǝn yayındıran qlobal bir problemǝ çevrilib.

Dövlǝt başçısı xüsusilǝ Qǝrb icmalarında irqçilik, xarici düşmǝnçiliyi vǝ islamofobiya kimi hǝrǝkǝtlǝrǝ daha çox insanın tǝrǝfdar olmasının bütün müsǝlmanları tǝhqir vǝ narahat etdiyini dilǝ gǝtirib.

Türkiyǝnin 30 ildir terror tǝşkilatı ilǝ mübarizǝ aparan, 40 min vǝtǝndaşını terror hücumlarına qurban vermiş bir ölkǝ kimi terrorun hǝdǝfini, mǝqsǝdini vǝ sǝbǝb olduğu tǝxribatı çox yaxşı bildiyini vurğulayan Әrdoğan qeyd edib ki, beynǝlxalq ictimaiyyǝtin bu sahǝdǝ ortaq mövqe ortaya qoyması üçün ciddi cǝhd göstǝririk. Ancaq tǝǝssüf ki, bütün bǝşǝriyyǝtin düşmǝni olan terror qrupları qarşısında lazım olan hǝssaslıq vǝ mövqe indiyǝdǝk ortaya qoyula bilmǝyib. Terror tǝşkilatlarını mǝğlub etmǝyin yeganǝ yolu müsǝlmanlar başda olmaqla beynǝlxalq ictimaiyyǝtlə ǝmǝkdaşlığı vǝ hǝmrǝyliyi güclǝndirmǝkdir. İslam Әmǝkdaşlığı Tǝşkilatına üzv ölkǝlǝrin hǝmin mövzuda öncüllər sırasında olacaqlarına inanıram.

Türkiyǝnin Suriya vǝ İraqdakı qarşıdurmalardan qaçan miqrantlara qapılarını açaraq onları terror tǝşkilatlarının vǝ dövlǝt terroru tǝtbiq edǝn rejimlǝrin insafına buraxmadığını, 3 milyondan artıq qaçqını qonaq etdiyini xatırladan dövlǝt başçısı toqquşmalar bitǝnǝ, ölkǝlǝrdǝ dinclik hökm sürǝnǝdǝk bu insanlara sahib çıxmağa davam edǝcǝklǝrini vurğulayıb.



Әlaqәli Xәbәrlәr