Türkiyənin Afrikaya su yardımı davam edir

Meşə və su təsərrüfatı naziri Veysəl Əroğlu Afrika ölkələrinin ümidi olmağa davam edəcəklərini söyləyib.

470303
Türkiyənin Afrikaya su yardımı davam edir

Meşə və Su Təsərrüfatı Nazirliyinin Afrika ilə Türkiyə arasında yaradılan "dostluq körpüsü" çərçivəsində su probleminin yaşandığı 9 ölkəyə yardım ediləcək.

Meşə və su təsərrüfatı naziri Veysəl Əroğlu Afrika ölkələrinin ümidi olmağa davam edəcəklərini söyləyib.

Nazirliyin Afrika ilə yaradılan "dostluq körpüsü" çərçivəsində icra etdiyi layihələrin sürətlə həyata keçirildiyini və bu prosesin davam edəcəyini vurğulayan nazir bildirib ki, bu çərçivədə indiyədək 8 Afrika ölkəsi su ilə təmin olunub. Hazırki layihə isə əlavə 9 Afrika ölkəsinin su təminatı məsələsini həll edəcək.

Nazir V. Əroğlu 2019-cu ilə qədər Çad, Toqo, Benin, Qana, Qvineya, Seneqal, Qvineya Bisau, Qambiya və Keniyanı su ilə təmin edəcəklərini qeyd edib.

V. Əroğlu aprelin 5-8-i tarixlərində Mavritaniya və Seneqala səfəri zamanı imzalanan əməkdaşlıq müqavilələrində də mövzu ilə əlaqədar danışıqlar apardığını qeyd edib. Razılaşmalar çərçivəsində su mənbələrinin qorunması, inkişaf etdirilməsi və idarə edilməsi, suyun təmizlənmə texnologiyaları, suyun keyfiyyətinin monitorinqi və idarə edilməsi, anbar tikintisi işlərində ölkələr arasındakı əməkdaşlıq kimi məsələlər daha da inkişaf etdiriləcək.



Әlaqәli Xәbәrlәr