Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatlarda 4 əsgər şəhid olub, 7-si yaralanıb

Türkiyədə Mardin, Şırnak və Hakkari şəhərlərində separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 4 əsgər şəhid olub, 7-si yaralanıb.

470112

Mardinin Nusaybin qəsəbəsində əməliyyatlar əsnasında 2 əsgər şəhid olub. Şırnakın mərkəzində həyata keçirilən əməliyyatlarda isə yaralanan 4 əsgərdən biri xəstəxanada şəhid olub.

Hakkarinin Dağlıca qəsəbəsində də separatçı terror təşkilatı hədəflərinin atəşə tutulması nəticəsində meydana gələn partlayışda baş leytenant şəhid olub, 4 əsgər yaralanıb.

Digər tərəfdən, Mardinin Nusaybin qəsəbəsində terror təşkilatı PKK-ya qarşı əməliyyatlarda 4 gün əvvəl yaralanan jandarma çavuşu müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında şəhid olub.

Bu arada tə​hlükə​sizlik qüvvə​lə​ri terror tə​şkilatı PKK-ya ağır zə​rbə​lə​r vurmaqda davam edir.

Hə​min çə​rçivə​də​ Mardin və​ Şırnakda 13 terrorçu zə​rə​rsizlə​şdirilib.

Baş Qə​rargah Rə​isliyinin açıqlamasında Mardinin Nusaybin qə​sə​bə​sində​ 6, Şırnak vilayə​tində​ isə​ 7 terrorçu zə​rə​rsizlə​şdirilb.

Ayrıca Şırnak və​ Batmanda 4 terrorçu, Gaziantə​pdə​ isə​ terorçulara də​stə​k olan 8 nə​fə​r saxlanılıb.

Әlaqәli Xәbәrlәr