R.T.Әrdoğana təşəkkür etmәk üçün ailәsi ilә velosiped sürәcәk

Suriyadakı müharibədən qaçaraq Mardinin Midyat rayonuna yerlәşәn Mülhem əl Said qaçqınlara qucaq açan dövlәt başçısı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını göstərmək üçün ailəsiylə min kilometr velosiped sürәcәk.

470272

Rayonda daş karxanasında çalışaraq ailәsinin dolanışığını təmin edən Said velosiped turunun sonunda hәmin marşrut üzәrindә olan rayon və rayonlardakı qaçqınlar ilə Suriyalı tələbələrin Әrdoğana yazdığı təşəkkür məktublarını vә şeirlәri oxumağı planlaşdırır.

Dövlәt başçısı Ərdoğanın Suriyalı qaçqınlara göstərdiyi dəstəyi bütün dünyaya çatdırmaq istədiyini deyən Said Midyatdan başlayaraq Mardin, Şanlıurfa, Qaziantep, Osmaniye, Adana, Aksaray vә Ankaraya çatmağı planlaşdırdıqlarını bildirdi.

Saidin həyat yoldaşı Mey Bserini də bütün müsəlmanlara verilәn dəstəyin əhəmiyyətli olduğunu vurğulayaraq uşaq və qadın qaçqınlara Türkiyədə xüsusi əhəmiyyət verildiyini qeyd edәrәk, təşəkkürlərini bildirmək üçün hәyat yoldaşı ilә velosiped sürәcәyini söylәdi.

Әlaqәli Xәbәrlәr