Mövlud Çavuşoğlu hәmkarları ilә görüşlәr keçirir

İslam Əməkdaşlıq Təşkilatı liderlər sammiti çərçivəsində çoxsaylı görüşlәr keçirilir.

470421
Mövlud Çavuşoğlu hәmkarları ilә görüşlәr keçirir

XİN rәhbәri Mövlud Çavuşoğlu bu gün ilk olaraq Surinam XİN rәhbәri Niermala Badrising ilә görüşüb.

Çavuşoğlu daha sonra Liviya Milli Birlik hökumәtinin Xarici İşlәr naziri Mәhәmmәd Tahir Seyyalә ilә bir araya gәlib.

Görüşdә Türkiyәnin Liviyaya dәstәk vermәyә davam edәcәyi vurğulanıb.

Xarici işlər naziri Çavuşoğlu Qırğızıstan Xarici İşlər naziri Erlan Abdildaev ilə İndoneziya Xarici İşlər naziri Retno Marsudi ilә də ayrı-ayrılıqda görüşüb.

Bu görüşlərdə də ikitərəfli münasibәtlәr və terrorizmlə mübarizədə əməkdaşlıq müzakirә olunub.

Çavuşoğlu sammit çәrçivәsindә ilk gürüşü Fәlәstin XİN rәhbәri Riyad

Çavuşoğlu sammit çərçivəsində ilk görüşünü dünən Fələstin Xarici İşlər naziri Riyad Maliki ilə keçirib.

Görüşdə Maliki Çavuşoğluna İsrailin yeni yaşayış mǝskǝnlǝr yaradmasının qarşısının alınması və fələstinlilərin hüquqlarının beynəlxalq sahədə qorunması üçün atılan addımlar haqqında məlumat verib.

Çavuşoğlu da: ''Fәlәstinә verilәn dәstәk davam edәcәk'' deyib.

Çavuşoğlu daha sonra Banqladeş Xarici İşlər naziri Əbul Həsən Mahmud Əli ilə bir araya gəlib. Görüşdә investisiyaların artırılması müzakirә olunub.

Əfqanıstan Xarici İşlər naziri Səlahəddin Rəbbani ilə keçirilən görüşdə də ikitərəfli əlaqələr vә terrorla mübarizədә əməkdaşlıq etmәnin vacibliyi vurğulanıb.

Xarici işlər naziri Çavuşoğlu hәmçinin Mali və Qvineya XİN rәhbәrlәri ilә dә görüşüb. Görüşdә terrorla mübarizədә əməkdaşlıq etmәnin vacibliyi vә TİKA-nın Malidәki fәaliyyәtlәri müzakirә olunub.



Әlaqәli Xәbәrlәr