M.Çavuşoğlu: "İslam Əməkdaşlıq Təşkilatı Qarabağ mǝsǝlǝsindǝ daha qǝtiyyǝtli addımlar atacaq"

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu İstanbulda Konqres Mǝrkǝzindǝ keçirilǝn İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlǝrǝ açıqlama verib.

469935

Dünǝn gün ǝrzindǝ davam edǝn görüşlǝrdǝ üzv ölkǝlǝrin müxtǝlif mövzularda fikir mübadilǝsi apardıqlarını bildirǝn Çavuşoğlu “Yüksǝk Sǝviyyǝli Dövlǝt Mǝ​murları" yığıncağında qǝbul edilǝn yekun bǝyannamǝ layihǝsinin müzakirǝ edildiyini deyib.

Şuranın iclasında Dağlıq Qarabağ münaqişǝsindǝ tǝmas qrupu qurulması qǝrarına gǝldiklǝrini vurğulayan Nazir deyib ki, tǝmas qrupu qarşımızdakı prosesdǝ qurulacaq. Hǝtta açılış çıxışımda da “bu tǝmas qrupuna qatılmaq istǝyǝn ölkǝlǝr adlarını qeyd etdirsinlǝr" dedik. Artıq proses başlayıb. İslam Əməkdaşlıq Təşkilatı Qarabağ mǝsǝlǝsindǝ dǝ daha qǝtiyyǝtli addımlar atacaq. Qardaş Azǝrbaycana dǝstiyimizi korporativ mǝnada da verǝcǝyik. ​

Yığıncaq çǝrçivǝsindǝ keçirilǝn tǝdbirlǝrdǝ Fǝlǝstin mǝsǝlǝsinin dǝ müzakirǝ olunduğunu qeyd edǝn Çavuşoğlu iştirakçıların hamısının Fǝlǝstindǝki işğalın sona çatması vǝ müstǝqil Fǝlǝstin dövlǝti qurulmasına dair düşüncǝlǝrini, istǝklǝrini vǝ dǝstǝklǝrini dilǝ gǝtirdiklǝrini bildirib.

Әlaqәli Xәbәrlәr