İslam Əməkdaşlıq Təşkilatının növbǝti Sammiti sabah İstanbulda başlayacaq

Prezident Rəcəb Tayyib Ərdoğan, zirvǝ toplantısına qatılmaq üçün İstanbula gǝlǝn liderlərlə görüş keçirir.

470452
İslam Əməkdaşlıq Təşkilatının növbǝti Sammiti sabah İstanbulda başlayacaq
iit cumhurbaşkanı.jpg

Prezident Ərdoğan, Qazaxıstan dövlǝt başçısı Nursultan Nazarbayev ilə bir araya gǝlib. İki lidǝr təxminən 2.40 dəqiqə davam edən görüşdən sonra birgǝ bǝyanat verib.

Açıqlamada, “İslam Əməkdaşlıq Təşkilatı üzvü dövlətlərinǝ, İslami yaxınlaşmağa dəstək vermǝlǝri və qarşıdakı illərdə İslam ümməti üçün yeni bir siyasi platforma olaraq dǝyǝrlǝndirmǝlǝri haqda çağırış edirik" deyilib.

Açıqlamada hǝmçinin bildirilib ki, iqtisadi problemlər, mədəniyyətlər arası ixtilaflar, terrorizm təhdidinin artması kimi mövzularda həm iki ölkənin vǝ digǝr islam ölkələrinin birlikdə addım atmaları əhəmiyyət kǝsb edir.

Prezident Ərdoğan daha sonra Bosniya və Herseqovina prezident Şurasının rǝhbǝri Bakir İzzətbəyoviç ilə görüşüb.

Gün ərzində ikitərəfli danışıqlara davam edəcək olan prezident Ərdoğan, bu gün İslam Əməkdaşlıq Təşkilatı sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafǝt verǝcǝk.



Әlaqәli Xәbәrlәr