Çavuşoğlu, Fǝlǝstinli hǝmkarı ilǝ görüşüb

İslam Əmǝkdaşlıq Tǝşkilatı Şurası Xarici işlər nazirləri iclası İstanbulda keçirilir.

469748
Çavuşoğlu, Fǝlǝstinli hǝmkarı ilǝ görüşüb

İclasda Türkiyǝni xarici işlǝr naziri Çavuşoğlu tǝmsil edir. Mevlüt Çavuşoğlu yığıncağa qatılan Fǝlǝstin Xarici işlǝr naziri Raid Maliki ilə bir araya gəlib.

Xarici İşlər Nazirliyindǝn əldə edilən məlumata görə, Fələstin Xarici işlər naziri Maliki görüş zamanı İsrailin yeni yaşayış mǝskǝnlǝr yaradmasının qarşısının alınması və fələstinlilərin hüquqlarının beynəlxalq sahədə qorunması üçün atılan addımlar haqqında məlumat verib. Fələstinli qruplar arasında razılaşma ǝldǝ edilmǝsi uğrunda edilǝn sǝylǝr gündǝmǝ salınıb.

Xarici işlər naziri Çavuşoğlu isə Türkiyənin Fələstinə verdiyi dəstəyin davam edǝcǝyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr