Türk gəmi heyəti oğurlanıb

Afrika sahillərində Türkiyənin “Kaptanoğlu Denizcilik” şirkətinə məxsus tankerə dəniz quldurları hücum edib, gəmi heyətini qaçırıb.

468794
Türk  gəmi heyəti  oğurlanıb

Malta bayrağı ilə Nigeriya sahillərində üzən 148 metr uzunluqdakı “M/T Puli” adlı tanker dəniz quldurlarının hücumuna məruz qalıb. Dəniz quldurları gəmi kapitanı da daxil olmaqla, 6 heyət üzvünü qaçırıblar. “Kaptanoğlu Denizcilik” şirkəti dəniz quldurlarının qaçırdığı dənizçilərin sağlıq durumlarının yaxşı olduğunu, tankerin də təhlükəsiz şəkildə üzdüyünü açıqlayıb. Şirkət Türkiyə Xarici İşlər, Nəqliyyat və İnformasiya nazirlikləri və digər aidiyyatı qurumlarla əlaqə saxlanıldığını, məsələ ilə bağlı baş verənlər haqqında ictimaiyyətin məlumatlandırılacağını da bildirib.



Әlaqәli Xәbәrlәr