Kral Sәlman bin Әbdülәziz R.T.Әrdoğanın dәvәti ilә Ankaraya gәlir
Səudiyyə Ərəbistanı Kralı Sәlman bin Əbdüləziz Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya gəlir.
![Kral Sәlman bin Әbdülәziz R.T.Әrdoğanın dәvәti ilә Ankaraya gәlir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/41d8/7034/aaa7/570b57b50710d.jpg?time=1718874458)
Kral Sәlmanın Ankaraya böyük bir heyәtlә sәfәr etmәsi gözlәnilir. Kral Sәlmanın Ankarada qalacağı oteldә bir hәftәdir davam edәn hazırlıqlar tamamlanıb.
Kral Sәlman bin Әbdülәziz rәsmi görüşlәri çәrçivәsindә Rәcәb Tayyib Әrdoğan tәrәfindәn Prezident İqamәtgahında rәsmi mәrasimlә qarşılanacaq.
R.T.Әrdoğan vә Kral Sәlman tәkbәtәk vә hәyәtlәrarası görüşlәrdәn sonra birgә mәtbuat konfransı keçirәcәklәr.
Görüş zamanı ikitәrәfli münasibәtlәr, Suriyadakı proseslәr,qaçqın mәsәlәsi, terror tәşkilatlarıyla mübarizәdә atılacaq addımlar, regional vә beynәlxalq mәsәlәlәr müzakirә olunacaq.
Kral Sәlman bin Әbdülәziz aprelin 13-dә Ankaradakı görüşlәrini başa vurduqdan sonra 14-15 apreldә İstanbulda keçirilәcәk İslam Әmәkdaşlıq Tәşkilatının 13-cü İslam Sammitinә qatılacaq.
Sammitdә Türkiyә İslam Әmәkdaşlıq Tәşkilatının 2016-2019-cu il dönәm sәdrliyini Misirdәn tәhvil alacaq.
Aprelin 14-15 tarixlәrindә isә Hökumәt vә Dövlәt Başçılarının sammiti keçirilәcәk.
Qeyd edәk ki, Misir prezidenti Әbdülfettah Әl Sisi dә sammitә dәvәt edilmişdi.
Sammitdә Misiri XİN rәhbәri Samih Şükri tәmsil edәcәk.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718874459)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718874459)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq