Cənub-şərqdə təhlükəsizlik tədbirləri gücləndirilir

Türkiyənin cənub-şərqindəki bəzi bölgələr terror təşkilatı PKK-dan təmizləndikdən sonra hökumət yeni tədbirlər həyata keçirməyə başlayıb.

468381
Cənub-şərqdə təhlükəsizlik tədbirləri gücləndirilir

Nazirlər Kabinetinin qərarı ilə cənub-şərqdə 13 çevik polis bölməsi yaradaraq təmizlənən bölgələrin təhlükəsizliyini artıracaq.

Qeyd edək ki, 2015-ci ilin iyul ayından etibarən Türk Silahlı Qüvvələri ilə polis Cənub-şərqdəki bəzi qəsəbələrdə separatçı terror təşkilatının fəaliyyətini məhv etmək üçün müştərək hərəkat başlatmışdı. Əməliyyatlar çərçivəsində terror təşkilatının barrikada və xəndəkləri tamamilə təmizlənib.

Dövlət eyni mənzərə ilə yenidən qarşılaşmamaq üçün əməliyyatların əhəmiyyətli ölçüdə tamamlandığı qəsəbələrdə tədbirlər almağa başlayıb. Bu çərçivədə vəziyyətin kritik olduğu bəzi məhəllələrdə xüsusi polis məntəqəsi qurulacaq ki, bu məntəqələrdə xüsusi hərəkat polisləri çalışacaqlar.



Әlaqәli Xәbәrlәr