"Tövhidi dərk edənin son dayanacağı vəhdətdir”: Baş nazir Davudoğlu

“İslami terror təşkilatı DAEŞ ilə fǝrqlǝndirmǝk istǝmǝyǝnlǝr tarixə nǝzǝr salmalıdılar”, bunu Baş nazir Əhməd Davudoğlu deyib.

467919
"Tövhidi dərk edənin son dayanacağı vəhdətdir”: Baş nazir Davudoğlu

Baş nazir Davudoğlu, Diyanət İşləri Başçılığının Ankarada təşkil etdiyi vǝ mövzusu “Hz. Peyğəmbər, Tövhid və Vəhdət" olan Müqəddəs Doğum Həftəsi tǝdbirlǝrinin açılış mǝrasimindǝ etdiyi çıxışında İslamın ən əhəmiyyətli fərqinin “ Allaha tövhid ilə təslim olmuş olan bizlǝr, başqa heç bir nǝyǝ təslim olmarıq. İslamı DEAŞ ilə eyni görmək istəyənlər ya da İslamı, qadınları təhqir edən bir din kimi görmək istəyənlər, tarixə nǝzǝr salsınlar. İslam dininin zuhuruna qǝdǝr heç bir dini ənənə çǝrçivǝsindǝ Həzrəti Xədicəyə, Həzrəti Aişəyə duyulan hörmətin olmadığını müşahidǝ edǝcǝklǝr. 19-cu əsrə qədər Qərb fəlsəfəsində qadınların ruhu var mı yox mu mövzusu mübahisǝ edilirdir. Şeytanın hökm etdiyi qadın bədənindən, şeytanın çıxarılması üçün dini mərasimlər tǝşkil edilirdi. İslamda belǝ bir düşüncǝ ola bilmǝz. Bizim aramıza DEAŞ zehniyyəti, islama olan mǝhǝbbǝti yox etmək istəyən heç bir ayrı-seçkilik yaradan düşüncǝnin nüfuz edmǝsinǝ icazǝ vermǝrik. Fǝrqimiz isǝ budur. tövhidi dərk edənin son dayanacağı vəhdətdir" deyǝ Əhmǝd Davudoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr