"Orta şərqdə radikalizmi Yenidən Düşünmək” yığıncağı keçirilib

Prezident administrasiyası baş katibinin müavini və sözçüsü İbrahim Kalın, Suriyadakı vətəndaş müharibəsinə diqqət çəkərək, DEAŞ terror tǝşkilatının yeni üzvlər qazanmaq cǝhdindǝ olduğunu vǝ bunun üçün dǝ Suriya döyüşünü istifadə etdiklǝrini bildirib.

468047
"Orta şərqdə radikalizmi Yenidən Düşünmək” yığıncağı keçirilib

İbrahim Kalın, Əl-Şərq Forumu və Afrika-Yaxın Şərq Mərkəzinin İstanbulda təşkil edilən "Orta şərqdə radikalizmi Yenidən Düşünmək" mövzulu konfransda çıxış edib.

Əsəd rejimi iqtidardarının davam etdiyi, dəstəkçilərinin Suriyanı öz mənfəətləri üçün mahv etdiklǝri müddǝdcǝ, DEAŞ və bənzər qruplaşmaların şiddət ehtiva edən radikal ideologiyalarını yaymaq üçün xaos yaradmaqda davam edǝcǝklǝrini ifadǝ edǝn Kalın, “Hər kəsin gözü qarşısında milyonlarla Suriyalı, vǝtǝndaş müharibǝsi sǝbǝbiylǝ vǝtǝnini tərk etmək məcburiyyətində qalıb. DEAŞ və digər terror qruplaşmalar, radikal ideologiyalarını yaymaq və yeni üzvlər qazanmaq üçün Suriya döyüşünü istifadə edirlər" deyǝ vurğulayıb.

DEAŞ-ın Suriyada baş vermiş vətəndaş müharibəsi vǝ İraqdakı siyasi və təhlükəsizlik problemlərinin nəticəsində ortaya çıxmış bir terror təşkilat olduğuna diqqǝt çǝkǝn Kalın, “Əsədin, Suriyada 400 min adamı qǝtl etmǝsi, şiddǝtin hökm sürmǝsi bir çox qrupun güclənməsinǝ zǝmin yaratdı. Dünyanın heç bir yerində heç bir terror təşkilatı bu qǝdǝr mǝsum insanı öldürmǝmişdir" deyib.



Әlaqәli Xәbәrlәr