Numan Kurtulmuş: "Bu ölkədə 78 milyon insanı bölməyə heç kimin gücü çatmayacaq"

Bunu Türkiyə Baş nazirinin müavini və Hökumət Sözçüsü Numan Kurtulmuş dedi.

467479
Numan Kurtulmuş: "Bu ölkədə 78 milyon insanı bölməyə heç kimin gücü çatmayacaq"

Kurtulmuş Türkiyənin son 13-14 il ərzində böyük mərhələlərdən keçdiyini, böyük məsafələr qət etdiyini bildiridi.

Ölkənin dünyanın 10 böyük iqtisadiyyatından biri və dünyanı istiqamətləndirən ölkələrdən biri olması üçün bir az da səy göstərməyin vacib olduğunu ifadə edən Kurtulmuş: "İqtisadi, siyasi mədəni və sosial baxımdan daha irəli getməliyik" dedi.

Kurtulmuş Türkiyənin böyük ölkə olaraq həm regiona, həm də dünyaya təsir edəcək gücə malik olmasını istəməyənlərin Türkiyəni diz çökdürməyə çalışdıqlarını söylədi.

Türkiyəni bu mənada öz daxili problemləri içində boğulan ölkə halına gətirmək istədiklərini ifadə edən Numan Kurtulmuş terrorun əsasında duran səbəbin bu olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr