İran terrorla mübarizədə Türkiyəni dəstəkləyir

“TRT Xəbər"ə açıqlama verən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi terror təşkilatı PKK-nın əməllərini pisləyərək həmrəylik mesajı verib. Vaiz terrorla mübarizədə Türkiyə ilə ortaq fikirlərə sahib olduqlarını söyləyib.

467504
İran terrorla mübarizədə Türkiyəni dəstəkləyir

"Terror təşkilatı PKK-nın Türkiyədə həyata keçirdiyi bombalı hücumlar nəticəsində dünyalarını dəyişən insanarın acı taleyi bizi çox kədərləndirdi. PKK-nın bu əməllərini qətiyyətlə qınayırıq. Biz də digər ölkələr kimi Türkiyə ilə terror təşkilatlarına qarşı mübarizədə ortaq düşüncəni paylaşırıq "deyə iranlı nazir bildirib.

Mahmud Vaizi açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarına etdiyi hücumlara da münasibət bildirib. O, bölgədəki problemlərin müzakirə yolu ilə həll edilməsinin vacibliyi dilə gətirib.

İrana tətbiq olunan embarqonun qaldırılmasını da dəyərləndirən nazir sanksiyaların götürülməsinin İranın neft və təbii qaz ixracatına müsbət təsir göstərəcəyini, ixracın 80-85 faiz artacağını və Türkiyə bazarında daha çox yer almağa hazır olduqlarını deyib.



Әlaqәli Xәbәrlәr