“Charlie Hebdo” və döyüşçü sekulyarizm

Türkiyə Prezident Aparatı (Cmhurbaşkanlığı) sözçüsü İbrahim Kalının “Daily Sabah"dakı məqaləsi

467814
“Charlie Hebdo” və döyüşçü sekulyarizm

DAEŞ, Əl-Qaidə və bunlara bənzər terror təşkilatlarının tətbiq etdiyi şiddət və fanatizm “Siyasət belə uyğun görür" deyə deyil, prinsipal olaraq rədd edilməlidir! Eyni zərurət irqçilik və fanatizmi ziyalı ağıl və azadlıq adından qanuniləşdirməyə çalışan döyüşçü sekulyarizm üçün də keçərlidir.

Brüssel hücumlarından bir həftə sonra Fransanın “Charlie Hebdo" "Biz bura necə gəldik?" sual-başlığı altında ingiliscə baş məqalə nəşr etdirdi. Məqalə hücumların olduqca böyük bir aysberqin yalnız görünən üzü olduğunu dedi, uzun müddətdir hərəkət halında olan və mümkün qədər geniş miqyasda həyata keçirilən təhdid və şiddətin həzm etdirmə və susdurma prosesində son mərhələ olduğunu iddia etdi.

Jurnal üç nəfəri - fransalı müsəlman alim Tariq Ramadanı, örtülü müsəlman qadını və donuz satmağı rədd edən müsəlman çörəkçini günahlandırır. Bu ifadə jurnal sahiblərinin döyüşçü sekulyarizmindən doğan nifrət və davakar ruhundakı çox şeyi ortaya çıxarır.

“Charlie Hebdo" dinə qarşı etdiyi əlaqəsiz tənqid və hücumlarla tanınır, üstəlik bunlara məntiqi don geyindirməyə çalışır. Bu işdə mahir olan jurnal yəhudi, xristian və İslama qarşı karikaturalarını belə “məntiq"ə uyğunlaşdırır və “ziyalı tənqid"ə söykəndiyini iddia edir. Amma jurnalın yeni baş məqaləsi bütün bunların başına keçərək anti-müsəlman ruhunu daha qabarıq göstərir: qocaman qitədə pis gedən hər şeyin günahını müsəlmanların Avropa ictimai sahəsindəki varlığı üzərinə atır.

“Charlie Hebdo" döyüş şekulyarizmi fanatizmi tənqid edərkən başlıca səhvi budur: nüansları bir yana ataraq bütün müsəlman və inanc sahiblərinin hamısını “Charlie Hebdo" və tərəfdarlarına qarşı pis insanlar kateqoriyasına yığıb-toplayır. Dünyada cəmi 1,5 milyard olan müsəlmanların böyük bir hissəsini meydana gətirən ana axın müsəlmanlarla bu müsəlmanların böyük bir hissəsi tərəfindən rədd edilən, şiddət tərəfdarı olan terrorçuları məntiqi və əxlaqi cəhətdən heç bir ayrı-seçkilik etmədən radikal və ekstremist şübhəli olaraq görür. Onun satirası ateizm və liberal avropalı dəyərlər altında aşkar fanatizmi əks etdirir. Fəlsəfə və İslam üzrə (İsveçrə, Fribur Universiteti) professor Tariq Ramadan (26.08.1962) kimi ziyalı bir müsəlman və avropalını, başıbağlı müsəlman qadını və donuz əti satmağı rədd edən çörəkçini eyniləşdirsə də, Türkiyə və müsəlmanlar onlarla qürur duyur. Göründüyü kimi, “Charlie Hebdo" bütün müsəlmanların Avropada varlığına qarşı aqressiv mövqedə olduğunu gizlətmir, Tariq Ramadan kimi şəxsiyyətlərə qarşı təhqirli ifadələr işlədərək onun fikirlərinin Avrupa mədəniyyəti və cəmiyyətinə yayılmasından qorxur, buna görə bu böyük müsəlman alimini aşağılayır. Təbii ki, “Charlie Hebdo" bunu cəzasız qalacağını düşünərək yazır, çünki döyüşçü sekulyarizm həqiqət üzərində hegemoniya qurub, şüur və ağlı öz təsvir etdiyi versiyalara yönəldir, bunu həqiqi bilik və mükəmməlliyə gedən tək etibarlı yol kimi təqdim edir.

O zaman “Charlie Hebdo" və tərəfdarlarının DAEŞ, Əl-Qaidə, Klu Kluks Klan, ya da neo-nasistlərdən nə qədər fərqi var ki? Necə olur ki, din haqqında danışmağı məntiqsiz, qeyri-insani və ya şiddət dolu hücum olaraq anladır? Nə zamandan bəri bunlar proqnoz verərək rasionalizmdə ağıl və idrakı ayırırlar? Bu düşüncənin nə tənqidi fikir, nə də düzgün ağıl yürütməklə əlaqəsi var, sadəcə döyüşçü sekulyarizmin özü özünü qəbul etməsidir.

Özünü haqlı çıxarma iddiasında olan döyüşçü sekulyarizm özünü dindənkənar, dünyəvi (Profan) bir cərəyan olaraq təqdim edir. Ağıl, inkişaf və azadlıq adı altında özünü və ətrafını şeytanlaşdırır. Hər kəsə və hər şeyə hücum etmək nifrətini azadlıq örtüyünə sərir. İslamı ayaqda qalan son din olaraq gördüyü üçün mərhəmətsiz və alçaqcasına hücum edir. Digərlərini də öz yoluna çəkmək üçün hər kəsi irrasional və şiddət dolu elan edib günahlandırır.

Döyüşçü sekulyarizm dini fikirlərdən daha çox dünyəvi və milliyyətçi ideologiyaların nəticəsi olaraq meydana çıxır. Ailəiçi şiddət və ABŞ məktəblərində yaşanan silahlı hadisələr hər il nə qədər insanın həyatını alır. Amma “Bunların dinlə əlaqəsi yoxdur, bir çoxu əyləncə sənayesi, ictimai media və “Hollywood"un təqdim etdiyi müasir şiddət dərslərinin nəticəsidir" deyirlər.

20-ci əsrin əvvəlindən bu yana milliyyətçilik, təriqətçilik, sosializm və kommunizmin də dinlə əlaqələri yox idi, amma Avropa, Afrika və Asiyada on milyonlarla insanın ölümünə səbəb olan qanlı döyüşlərə yol açdılar. Bu ideologiyalar Allah adı yerinə milləti qoyaraq dinlə əvəz etmişdilər. Proletariat ideologiyasını inancın yerinə və kommunizmi kilsə və monarxiyanın yerinə qoyaraq dinin yerində oturmuşdular. Yəni modern şiddətin müasir cəmiyyətlərdə özünə həddindən artıq ortaq və narahatedici yer tapması üçün dinə ehtiyac yoxdur.

İslamafobiya müzakirəsinin tənqidin qarşısını almaq üçün bir vasitə olaraq istifadə edildiyinə gəlincə. Hər hansı ağıl sahibi İslamı məntiqi və mədəni şəkildə müzakirə ilə İslama və müsəlmanlara qarşı edilən irqçi hücumlar arasındakı fərqi bilir. İslam nəsillər boyu davam edən, alim, hüquqşünas, bəzi təriqət, sənətkar və filosoflar tərəfindən qürurverici müzakirə ənənəsinə malikdir. İndi müsəlmanlar bu ənənənin dərinliyini unutsalar da, gerçək budur: Quran tənqidi düşüncəni, müşahidəni və nəticə almağı israrla tövsiyə edir, ağıl, inanc və mükəmməllik arasında bir tarazlıq qurur.

İslam haqqında rasional fikirlər yürütmək, heç şübhəsiz, fanatizmə uğramadan da mümkündür. Ancaq müsəlman-əleyhdarlığı məntiqi mübahisədən kənar olur, əksinə, müsəlman inanc və mədəniyyətinin günahkar hesab edilməsinə səbəb olur. İrqçi fanatizm bundan sonra törənə biləcək terror hücumlarının qarşısını almaq deyil, daha da qızışdırmağa xidmət edir. Hər kəs kimi təməl insan hüquqlarına və vətəndaş azadlıqlarına malik olan müsəlman fərd və icmalar da haqqlarını qorumaq üçün İslamfobiya və Müsəlman-əleyhdarı fanatizmə qarşı qalxmaq məcburiyyətində olur. Ona görə “İslamafobiya mübahisəsi" deyib özünü azadlıq aşiqi göstərən, intellektual və maarifçi maskası altında gizlənən fanat, irqçi və faşistləri ifşa etmək lazımdır. “Charlie Hebdo" irqçi kimi tanınmaq istəməsə də, əslində irqçiliyin ən böyük pisliklərini təkrar edir. Bilərəkdən və ya bilməyərəkdən jurnal 1930-cu Almaniyası dövrünə bənzər bir mühit yaradıb. Hamımız bunun hansı nəticələrə gətirib çıxardığını bilirik.



Әlaqәli Xәbәrlәr