PKK-ya zərbələr davam etdirilir

Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ölkədaxili və xaricindən həyata keçirilən əməliyyatlarla ağır zərbələr vurmağa davam edir.

467190
PKK-ya zərbələr davam etdirilir

Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ölkədaxili və xaricindən həyata keçirilən əməliyyatlarla ağır zərbələr vurmağa davam edir.

Dünən gecə yarısı PKK-ya qarşı 3 hava hücumu təşkil edilib.

Ölkənin Tuncəli və Hakkarinin Yüksekova qəsəbəsində, sərhəddən kənarda isə İraqın şimalındakı Qəndil bölgəsində əməliyyatlar həyata keçirilib.

Əməliyyatlarda terror təşkilatına aid sığınacaq və bəzi silah anbarları türk döyüş təyyarələri tərəfindən məhv edilib.

Həmçinin, Mardin Nusaybin, Hakkari Yüksekova, Bitlis Mutki, Şırnak mərkəz və Silopiyə təşkil edilən əməliyyatlarda 13 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda xeyli sayda sursat da ələ keçirilib.



Әlaqәli Xәbәrlәr