Türkiyənin Kilis şəhərinə raket atıldı

Suriya tərəfindən atılan 2 raket Kilisin şəhər mərkəzinə düşdü.

466183
Türkiyənin Kilis şəhərinə raket atıldı

Səhər saatlarında baş verən hadisədə ilkin məlumatlara görə, bir nəfər yaralanıb.

Türkiyə polisi Suriyada terror təşkilatı DEAŞ-ın nəzarətində olan bölgədən atılan raketlərlə əlaqədar təhqiqata başladı.

Xatırladaq ki, martın 8-də Suriyada DEAŞ-ın nəzarətində olan bölgədən atılan 8 katyuşa mərmisinin Kilisə düşməsi nəticəsində bir qadın və bir uşaq həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr