Səudiyyə Ərəbistanı Kralı Türkiyəyə rəsmi səfər edəcək

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Suud aprelin 11-də Türkiyəyə rəsmi səfər edəcək.

466660
Səudiyyə Ərəbistanı Kralı Türkiyəyə rəsmi səfər edəcək

Türkiyə Prezident Adminstrasiyasından verilən məlumatda Kral Salmanın Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə aprelin 11-13-də rəsmi səfərlə paytaxt Ankarada olacağı qeyd edilir.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Kral Salman Ankara görüşlərindən sonra aprelin 14-15-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində də iştirak edəcək.



Әlaqәli Xәbәrlәr