Prezident Ərdoğan polislǝrǝ müraciǝt edib

"Avropa İttifaqı öhdəliklərinǝ ǝmǝl edǝrsǝ, Türkiyǝ dǝ, 18 Martda imzalanan geri qəbul müqaviləsini tǝtbiq edǝcǝk"

466465
Prezident Ərdoğan polislǝrǝ müraciǝt edib

Avropa İttifaqı öhdəliklərinǝ ǝmǝl edǝrsǝ, Türkiyǝ dǝ, 18 Martda imzalanan geri qəbul müqaviləsini tǝtbiq edǝcǝk. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Polis Təşkilatının yaranmasının 171-ci ildönümü münasibǝtiylǝ Prezident administrasiyasında qǝbul etdiyi polislərə xitabǝn çıxışı zamanı deyib.

18 Martda imzalanan razılaşmanın ǝsas məqsədi Egey dənizində immiqrant ölümlǝrinin qarşısının alınması və qeyri-qanuni köçün yerini qanuni köçün tutması olduğunu ifadǝ edǝn prezident “qəbul edilən hər qeyri-qanuni immiqrant qarşılığında Türkiyədǝki Suriyeli miqrantlardan biri, legal yollardan Aİ ölkələrinə yerləşdirilmǝlidir. Bu mübadilǝ 72 min sayına çatana qədər davam edǝcǝk. daha sonra mǝsǝlǝnin Aİ ilə yenidən müzakirə ediləcəyini vurğulayıb.

Aİ-nin Türkiyədəki Suriyalıların ehtiyaclarının qarşılanması üçün 6 milyard avro yardım haqda söz verdiyini xatırladan Prezident, Aİ-nın bu tǝtbiqlǝ az olsa da mǝsuliyyǝtinǝ ǝmǝl etmiş olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr