Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ 5 ǝsgǝr şǝhid olub

Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ şǝ​hid ǝsgǝr sayı 5-ǝ​ çıxıb.

466059
Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ 5 ǝsgǝr şǝhid olub

Mardin vilayǝtinin Nusaybin qǝsǝbǝsindǝ şǝ​hid ǝsgǝr sayı 5-ǝ​ çıxıb.

Tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn Fırat mǝhǝllǝsindǝ hǝyata keçirilǝn ǝmǝliyyatda terror tǝşkilatı PKK üzvü terrorçuların etdiyi atǝş nǝticǝsindǝ bir polis ǝmǝkdaşı ağır yaralanıb. Yaralı polis yerlǝşdirildiyi xǝstǝxanada şǝhid olub.

Bölgǝ​dǝ​ davam edǝ​n toqquşmada daha iki ǝ​sgǝ​r şǝ​hid olduqda, 5 poli ǝ​mǝ​kdaşı da yaralanıb.

Ә​mǝ​​liyyatda hǝ​​mçinin terorrçular tǝ​​rǝ​​findǝ​​n yerlǝ​​şdirilǝ​​n partlayıcının partlaması nǝticǝsindǝ​​ bir ǝ​​sgǝ​​r vǝ​​ bir polis ǝ​​mǝ​​kdaşı yaralanıb.

Bitlis dǝ isǝ terror tǝşkilatı PKK üzvlǝri ilǝ toqquşan 1 kǝnd qorucusu şǝhid olub.

Türkiyәyә mәxsus döyüş təyyarələri İraqın Zap bölgəsində terrorçulara aid hәdәflәri mәhv edib.

Türk Silahlı Qüvvәlәrinin Baş Qәrarqahının mәlumatına görә, ötәn gün saat 04.30-da hәyata keçirilәn әmәliyyat nәticәsindә Zap bölgәsindәki terror tәşkilatına aid sığınacaqlar dörd F-4e vә altı F-16 tipli döyüş tәyyarәsi ilә vurulub.

Terror tәşkilatının sığınacaqları Türk istehsalı bomba ilә mәhv edilib.

Digәr tәrәfdәn Boluda xüsusi tәyinatlı polis dәstәlәri tәrәfindәn hәyata keçirilәn әmәliyyat zamanı baş verәn qarşıdurmada 2 PKK üzvü terrorçu zәrәrsizlәşdirilib.

Tuncelidә dә tәhlükәsizlik qüvvәlәri 1 terrorçunu zәrәrsizlәşdirib, 1-ni isә әlә keçirib.



Әlaqәli Xәbәrlәr