Ankara terrorunu törədən şəxs saxlanılıb

Paytaxt Ankarada oktyabr ayında 103 nəfərin ölümünə səbəb terror aktını törədənlər şəxslərdən biri, H.T Qaziantepdə saxlanılıb.

466438
Ankara terrorunu törədən şəxs saxlanılıb

Paytaxt Ankarada oktyabr ayında 103 nəfərin ölümünə səbəb terror aktını törədənlər şəxslərdən biri, H.T Qaziantepdə saxlanılıb.

Dəmiryol Stansiyası qarşısında törədilən terror aktında partlayıcıları daşıdığı bildirilən cinayətkarın Qaziantəpin qondarma DEAŞ əmiri Yunus Durmazla əlaqəsi olduğu deyilir.

H.T hücumdan sonra nəzarətə götürülsə də dəlil yetərsizliyi səbəbi ilə sərbəst buraxılmışdı. Lakin həmin şəxsin adına Gaziantepdəki DEAŞ-a məxsus terror yuvasında ələ keçirilən rəqəmsal məlumatlar arasında rast gəlinib. Məlumatlarda H.T-nin təşkilatın məntiqi məsələlər üzrə məsul əməkdaşı olaraq təyin olunmasından sonra 81 bölgədə axtarış qərarı çıxarılıb.

H.T Qaziantəpin Şahinbəy rayonunda jandarma tərəfindən saxlanılıb. İki kamikadze tərəfindən törədilən Dəmiryolu Stansiyası hücumundan sonra təcavüzkarlara göstərdiyi köməyə görə 4 nəfər də həbs olunmuşdu.



Әlaqәli Xәbәrlәr