R.T. Ərdoğanın gündəmə dair açıqlamaları

“Öz bayraqlarını Türk bayrağının yerinə asmağı düşünənlər ondan yalnız kəfən kimi istifadə edə bilərlər".

465849
R.T. Ərdoğanın gündəmə dair açıqlamaları

“Öz bayraqlarını Türk bayrağının yerinə asmağı düşünənlər ondan yalnız kəfən kimi istifadə edə bilərlər".

Dövlət başçısı R. T. Ərdoğan prezident iqamətgahında təşkil edilən kə​ndxudaların 23-cü toplantısında çıxışı zamanı bildirib. “Millətin birliyini hədəf alaraq Türkiyəni küncə sıxışdırdıqlarını hesab edənlər üzərinə basdıqları torpağın altına baxdıqları zaman orada eyni niyyətlə yola çıxmış, amma hər dəfə ziyana uğrayan özləri kimi neçə-neçə qafillər görəcəklər"- deyə söyləyib.

Türkiyənin son illərdə dünyanın qarşılaşdığı ən böyük terror təhdidləri ilə qarşı-qarşıya olduğunu vurğulayan Ərdoğan təhlükəsizlik qüvvələrinin terrorçulara ağır zərbələr vurduğunu da nəzərə çatdırıb.

Dövlət başçısı gündəmdəki digər önəmli məsələlərə də münasibət bildirib. "Suriyada silahlarla öldürülənlərin təxmini sayı 500 min nəfərdir. Bu zalımı (Əsədi) Beynəlxalq Ədalət Məhkəməsinə verməyimiz lazım deyilmi? Əvəzi nədirsə ödəsin. Bu adam əlini- qolunu yelləyə yelləyə dünyanı gəzir. Təbii ki, getdiyi yer Rusiyadır, o başqa bir mövzudur. Amma nümayəndələri BMT-yə qədər gedə bilir " deyə vurğulayıb.

Çıxışında Azərbaycan və Ermənistan arasında davam edən qarşıdurmalara da münasibət bildirən Dövlə​t başçısı Azərbaycanın atdığı addımların Ermənistan tərəfindən də qarşılığı olmasını arzulayıb. Rusiyalı idarəçilərin Türkiyənin tərəfli mövqe göstərməsi fikrini şərh edən R. T. Ərdoğan: "Əgər Azərbaycanla Ermənistan arasında tərəf axtarılacaqsa, burada ən əhəmiyyətli tərəf nümayiş etdirən Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynada da tərəf oldu, Gürcüstanda da, indi də Suriyada tərəf nümayiş etdirir" deyə bildirib.

Dövlə​t başçısı Birləşmiş Millətlər Təşkilatının strukturu ilə də bağlı açıqlama verib. O, 196 üzv ölkəsi olan BMT-nin 5 daimi üzvü olmasını tənqid edib. "Üzv ölkələrin hamısı da xristiandır. İçlərində bir müsəlman ölkə yoxdur. Belə ədalət olurmu? Hər inancın təmsil edildiyi bir BMT Təhlükəsizlik Şurası yoxdur ortada. Qitələr olaraq yalnız Avropa, Asiya, bir də Amerika var. 196 ölkəyə də burada müəyyən aralıqlarla vəzifə verilməlidir" deyə öz təklifini irəli sürüb.



Әlaqәli Xәbәrlәr