Çavuşoğlu Türkiyə-İran-Azərbaycan Üçlü toplantısından Helsinkiyə yola düşdü

Çavuşoğlu İranda Qətər, Səudiyyə Ərəbistanı və tailandlı həmkarlarıyla telefonla danışıb

465372
Çavuşoğlu Türkiyə-İran-Azərbaycan Üçlü toplantısından Helsinkiyə yola düşdü

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi görüşlər üçün getdiyi İranda Qətər, Səudiyyə Ərəbistanı və tailandlı həmkarlarıyla telefonla danışıb.

Türkiyə-İran-Azərbaycan Üçlü Xarici İşlər nazirlərinin 4-cü toplantısına qatılan Çavuşoğlu toplantının keçirildiyi İranın Ramsar şəhərində görüşlərdə olub.

İranda Çavuşoğlu Qətərli həmkarı Məhəmməd Thani, Səudiyyə Ərəbistanından olan həmkarı Adil Cubeyrlə telefonda danışaraq ikitərəfli əlaqələrlə yanaşı, 14-15 aprel tarixlərində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı 13-cü Liderlər Zirvə Toplantısına hazırlıqlar və Suriya başda olmaqla digər regional məsələlərlə bağlı danışıb.

Türkiyə-İran-Azərbaycan Üçlü Xarici İşlər nazirlərinin 4-cü toplantısında sonra Mövlud Çavuşoğlu Əhməd Davudoğlunun Finlandiya səfərinə qatılmaq üzrə Helsinkiyə yola düşüb.



Әlaqәli Xәbәrlәr