Baş nazir Finlandiyada görüşlǝr keçirir

Baş nazir Əhməd Davudoğlu finlandiyalı həmkarı Yuha Sipilyanın (Juha Sipila) ilǝ görüşüb.

465958
Baş nazir Finlandiyada görüşlǝr keçirir

Baş nazir Əhməd Davudoğlu finlandiyalı həmkarı Yuha Sipilyanın (Juha Sipila) ilǝ görüşüb.

Görüşdǝ Baş nazir kimi birinci dǝfǝ olaraq Finlandiyada olduğunu bildirǝn Davudoğlu suriyalı miqrantları ölkǝlǝrinǝ qǝbul etdiyinǝ görǝ Spilaya tǝşǝkkür edib.

Davudoğlu vǝ Spila heyǝtlǝr arasındakı görüş vǝ iş yemǝyindǝn sonra birgǝ mǝtbuat konfransı keçiriblǝr.

Baş nazir öz növbǝsindǝ iki ölkǝ arasındakı diplomatik ǝlaqǝlǝrin 90-cı ildönümü olduğunu vurğulayaraq, bu prosesdǝ iki ölkǝ arasında hǝr hansı ziddiyyǝt yaranmadığını deyib.

İki ölkǝ arasında iqtisadiyyat sahǝsindǝ böyük bir potensial olduğunu qeyd edǝn Baş nazir Davudoğlu ticarǝt hǝcminin 1,3 milyard dollar olduğunu vǝ bunun 3 yaxud da 5 milyardadǝk çıxarıla bilǝcǝyini bildirib.

Davudoğlu Finlandiyaya terrora qarşı Türkiyǝyǝ göstǝrdiyi hǝmrǝylik, başsağlığı vǝ miqrant probleminin hǝllinǝ dair Türkiyǝ ilǝ Aİ arasında imzalanan müqavilǝyǝ verdiyi dǝstǝyǝ görǝ tǝşǝkkür edib.

Baş naziri Əhməd Davudoğlu sǝfǝri çǝrçivǝsindǝ Finlandiya Parlamentinin sǝdrǝ Maria Lohlela vǝ prezident Sauli Niinistö ilǝ dǝ görüşǝcǝk, Türkiyə-Finlandiya iş adamlarıyla bir araya gələcək, ikitərəfli əlaqələrin daha da inkişafı üçün atılacaq addımlar və eyni zamanda, regional və qlobal problemlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr