Türkiyә sәrhәdlәrindәn qeyri-qanuni yolla keçmәyә cәhd göstәrәn 391 nәfәr saxlanılıb

Türkiyә sәrhәdlәrindәn qeyri-qanuni yollarla keçmәyә cәhd göstәrәn 391 nәfәr tәhlükәsizlik qüvvәlәri tәrәfindәn saxlanılıb.

465190
Türkiyә  sәrhәdlәrindәn  qeyri-qanuni yolla keçmәyә cәhd göstәrәn 391 nәfәr saxlanılıb

Türk Silahlı Qüvvәlәrinin Baş Qәrarqahı, Quru Qoşunlarının Sәrhәd bölmәsinin qeyri-qanuni yollarla Suriyadan Türkiyәyә keçmәyә çalışan 240 vә Türkiyәdәn bu ölkәyә keçmәyә cәhd göstәrәn 10 nәfәri saxladığını açıqlayıb.

Açıqlamaya görә, qeyri-qanuni yollarla İraqdan Türkiyәyә keçmәk istәyәn 93, Türkiyәdәn isә İraqa keçmәyә cәhd göstәrәn bir nәfәr tәhlükәsizlik qüvvәlәri tәrәfindәn saxlanılıb.

Türkiyәdәn Yunanıstana qeyri-leqal yollarla keçmәyә cәhd göstәrәn 47 nәfәr saxlanılarkәn İran sәrdәdindә hәyata keçirilәn әmәliyyatlan nәticәsindә isә 314 dәrman әlә keçirilib.

Digәr tәrәfdәn Egey dәnizindә dә 100 nәfәr saxlanılıb.



Әlaqәli Xәbәrlәr