Türkiyənin Mosul Başkonsulluğu kompleksinǝ aviazǝrbǝ tǝşkil edilib

Türkiyənin Mosul Başkonsulluğu kompleksinǝ Beynəlxalq Koalisiya üzvü ölkələrə mǝxsus qırıcılar tərəfindǝn aviazǝrbǝ tǝşkil edilib.

463917
Türkiyənin Mosul Başkonsulluğu kompleksinǝ aviazǝrbǝ tǝşkil edilib

2014-cü ildǝn bu günǝ dǝk DEAŞ-ın nǝzarǝti altında olan və tǝşkilatın quldur başçılarının qaldıqları tǝsbit edilǝn Türkiyənin Mosul Başkonsulluğu kompleksinǝ Beynəlxalq Koalisiya üzvü ölkələrə mǝxsus qırıcılar tərəfindǝn aviazǝrbǝ tǝşkil edilib.

Xarici İşlər Nazirliyindən verilǝn açıqlama bildirilib ki, Beynəlxalq Koalisiya üzvü ölkələrə mǝxsus döyüş təyyarələrinin ǝmǝliyyatı gecə 03-dǝ başlayıb.

Türkiyənin Mosul Başkonsulluğu kompleksinǝ təşkil edilən əməliyyatın hazırlıq və icrasına dair bütün mərhələlərdə Türkiyə ilǝ fikir mübadilǝsi edilib.

Nazirliyin açıqlamasında Türkiyənin, DEAŞ terror tǝşkilatına qarşı mübarizǝdǝ Beynəlxalq Koalisyon ilǝ əməkdaşlıq etmǝkdǝ davam edǝcǝyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr