Məclis araşdırma komissiyasının üzvləri Berlində yaşayan türk vətəndaşları ilə də bir araya gəliblər

Türkiyə Böyük Millət Məclisi Ailə bütövlüyünün qorunması Araşdırma Komissiyasının heyəti Almanyanın paytaxtı Berlində görüşlər keçirir.

463947
Məclis araşdırma komissiyasının üzvləri Berlində yaşayan türk vətəndaşları ilə də bir araya gəliblər

Ədalət və İnkişaf Partiyasının Düzcə Millət vəkili Ayşə kesirin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Berlindəki səfirliyində alim, hüquqşünas və qeyri-hökumət təşkilatları nümayəndələri ilə bir araya gələrək Almaniyadakı Türk ailələrinin ümumi vəziyyəti və mövcud problemləri ilə əlaqədar müzakirələr aparıb.

Komissiya sədri Ayşə Kesir ailə bütövlüyünün qorunması və uşaqların müdafiəsi, boşanmaların səbəbləri haqqında Türkiyədə hazırladıqları hesabatla yanaşı xaricdə yaşayan türk vətəndaşlarının da fikirləri ilə tanış olmaq istədiklərini və bu sahədə Almaniyadakı mövcud durumu öyrənmək məqsədi ilə Berlinə səfər etdiklərini söyləyib.

Yerli xüsusiyyətlərə görə problemlərin da fərqli xarakter daşıdığını bildirən komissiya sədri xaricdə yaşayan türk vətəndaşlarının problemlərini həll etmək üçün hər iki ölkənin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr