R.T.Әrdoğanın ABŞ-dakı görüşlәri davam edir

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a sәfәr edәn Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Vaşinqtondakı görüşlәri çərçivəsində dünyanın nəhəng şirkətlərinin rəhbərləri ilə görüşüb.

461636
R.T.Әrdoğanın ABŞ-dakı görüşlәri davam edir

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a sәfәr edәn Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Vaşinqtondakı görüşlәri çərçivəsində dünyanın nəhəng şirkətlərinin rəhbərləri ilə görüşüb.

Dövlәt başçısı daha sonra Xarici İqtisadi Əlaqələr Şurası - Türkiyənin İnvestisiyalara Dəstək və Təşviq Agentliyinın şam yeməyində investorlara müraciət edib.

İş adamlarına Türkiyәyә investisiya qoymaları ilә әlaqәdar çağırış edәn Әrdoğan: ''Bu günәdәk ölkәmizә sәrmayә qoyanlar peşman olmayıb'' deyib.

Regionda baş verәn mәnfi proseslәrin tәsirinә diqqәt çәkәn Әrdoğan: ''Bu hadisәlәr Türkiyәnin hәdәflәri istiqamәtindә olan irәlilәyişinә mane olmaz. Terrorrun demokratiyamıza, iqtisadiyyatımıza vә dövlәtimizә ziyan vermәsinә әsla imkan vermәyәcәyik'' deyib.

Rәcәb Tayyib Ərdoğan görüşlәri çərçivəsində ABŞ Dövlət Katibi Con Kerrini də qəbul edib.

Türk səfirliyindә baş tutan görüşün məzmunu ilə bağlı açıqlama verilməyib.

Görüşdә Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sәrvәtlәr naziri Berat Albayrak, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu, Milli Kaşfiyyat İdarәsinin müşaviri Hakan Fidan, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, Prezident Aparatının sözcüsü İbrahim Kalın, ABŞ Prezidenti Barak Obamanın DEAŞ ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Macqark və Dövlәt katibinin müavini Victoriya Nuland iştirak ediblәr.

Ərdoğan bu görüşdәn әvvәl Yəhudi təşkilatlarının nümayəndələrini də qəbul edib.

Görüşdə, başda Türkiyə və Belçikadakı son terror hücumları olmaqla terrorla mübarizə, Yəhudilərlə münasibətlər, ABŞ-İsrail və Türkiyə arasındakı münasibətlər, Fələstinin vəziyyəti, Türkiyə- Aİ münasibətləri, qaçqınlar məsələsi, antisemitizm və İslamofobiya kimi məsələlər müzakirә olunub.

Әrdoğan görüş zamanı hәmçinin Qərbdəki irqçiliyin artdığını da qeyd edib.

Bu arada Yәhudi tәşkilatlarının nümayәndәlәri Türkiyәnin İstanbul şәhәrindә törәdilәn terror hücumu nәticәsindә hәyatını itirәn vә yaralanan İsrail vәtәndaşlarının nәqli zamanı göstәrilәn diqqәtә görә tәşәkkür ediblәr.



Әlaqәli Xәbәrlәr