Lauren Booth: "Ərdoğan Türklər üçün çox böyük, müsəlmanlar arasında ən cəsarətli liderdir"

İngilis jurnalisti və yazıçısı Lauren Booth Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müsəlmanlar arasında ən cəsarətli lider olduğunu dedi.

462109
Lauren Booth: "Ərdoğan Türklər üçün çox böyük, müsəlmanlar arasında ən cəsarətli liderdir"

Keçmiş Britaniya Baş Naziri Tony Blairin​ baldızı olan Booth qeyri-hökumət təşkilatının dəvəti ilə gəldiyi Konyada Türkiyə və bölgə ilə bağlı fikirlərini bölüşdü, İslamı qəbul etməsindən danışdı.

O : "2006-cı ildə bir İngilis televiziya kanalında jurnalist kimi çalışırdım. Bir neçə dəfə Fələstinə getdim. İordan çayının qərb sahillərini və Qəzzanı gəzərkən, insanlar ehtiyacları olduğu halda mənimlə yeməklərini bölüşmək istəyirdilər, məni evlərinə dəvət edirdilər. "Niyə ehtiyacınız olduğu halda mənə təklifedirsiniz" - deyə soruşdum. Cavabında: "Dinimiz, kitabımız Quran bizə belə öyrədir" eşidərkən təəccübləndim".dedi.

Müsəlmanları tanıdıqca və İslamı öyrəndikcə müsəlman olmağa qərar verdiyini bildirən Booth: "2010-cu ildə müsəlman oldum. Bu arada 13 yaşlı qızım da 3 həftə əvvəl Allaha həmd olsun, müsəlman oldu" deyə danışdı.

Booth prezident Rəcəb Tayyib Ərdoğan ilə Ankarada tanış olduğunu qeyd edərək, bundan çox məmnun olduğunu dilə gətirdi.

Ərdoğanı Türklər üçün çox böyük, müsəlmanlar arasında da ən cəsarətli lider kimi dəyərləndirdiyini ifadə edən Lauren Booth, son 10 ildə 32 ölkə gəzdiyini, onaən çox təsir edən ölkənin isə Türkiyə olduğunu qeyd etdi.

Türkiyədə məktəblərin, səhiyyə sisteminin və universitetlərin pulsuz olduğunu bildirən Booth:"Hər kəs qaçarkən siz suriyalı qaçqınlara sahib çıxdınız. İslam dünyası bu anda sizi izləyir. Sizinlə və qazandığınız uğurlarla fəxr edirik. Yolunuzdan geri dönməyin" dedi.



Әlaqәli Xәbәrlәr