Baş nazir Əhməd Davudoğlu sabah Diyarbəkirə gedəcək

Baş nazir Əhməd Davudoğlu, terror təşkilatı PKK-ya qarşı əməliyyatların tamamlanmasından sonra sabah Diyarbə​kırın Sur bölgəsinə gedəcək

462007
Baş nazir Əhməd Davudoğlu sabah Diyarbəkirə gedəcək

Davudoğlu, bölgədə hadisələrin gedişi ilə yaxından tanış olacaq.

Şəhərin baş planı, Surdaki bərpa prosesi, reabilitasiya müddəti üçün görüləsi işlər və yol xəritəsi baş nazirə təqdim ediləcək.

Bölgədəki gedən prosesləri yaxından izləyən Ekologiya və Şəhərsalma üzrə nazir Fatma Güldemet Sarı, Mədəniyyət və Turizm naziri Mahir Ünal və İnkişaf naziri Cövdət Yılmaz da bu gün Sura gedib.

Davudoğlunun səfəri öncəsi nazirlər görüləcək və​ işlər haqqında sabah Baş nazir Davutoğluna məlumat verəcəklər.

Qeyd edək ki, Sur mahalında dekabrın 2-də elan edilən komendant saatı ilə əlaqədar baş verən qarşıdurmalar səbəbi ilə mahalın böyük hissəsi dağıntıya məruz qalıb.

Mədəniyyət və Turizm Nazirliyi, Surda 600-ə yaxın tarixi monumental memarlıq nümunəsini təsbit edib.

600-ə yaxın qeydiyyatdan keçən binanın, Diyarbakırın ictimai-tarixi nəzərə alınmaqla və arxitektura xüsusiyyətləri mühafizə edilməklə bərpa ediləcək.

Nazirliyin Surda bərpa edəcəyi strukturlar arasında, PKK terrorçularının təşkil etdiyi hücumda yanan və şəhərdəki ilk Osmanlı əsəri olan Fatih Paşa (Kurşunlu) Məscidi də var.

Nazirlik, prioritet olaraq Fatih Paşa Məscidini əslinə uyğun olaraq bərpa edəcək, həmçinin Dörd Ayaqlı Minarə və Paşa Hamamı da təmir ediləcək.



Әlaqәli Xәbәrlәr