Pan Gi Mun və Əhməd Davudoğlu arasında telefon danışığı oldu

Birləşmiş Millətlət Təşkilatının Baş Katibi Pan Gi Mun Türkiyənin Baş naziri Əhməd Davudoğlu​na zəng edərək onunla Liviya mövzusu ətrafında telefon görüşü keçirdi.

460919
Pan Gi Mun və  Əhməd Davudoğlu arasında telefon danışığı oldu

Pan Gi Mun görüşdə Liviya məsələsi ilə əlaqədar son günlərdə apardığı danışıqlar barədə məlumat verdi, Liviyada sabitlik istiqamətində aparılan işlərə Türkiyənin töhfələrinin davamını arzuladı.

Baş nazir Davudoğlu da Türkiyənin Liviyanın siyasi birliyi, sabitliyi və təhlükəsizliyi istiqamətindəki dəstək və təşəbbüslərinin fəal şəkildə davam edəcəyini vurğulayaraq, bu ölkəyə təhlükə təşkil edən DEAŞ-a qarşı beynəlxalq əməkdaşlığın davam etdiriləcəyini bildirdi.

Telefon görüşündə, həmçinin, 23-24 may tarixində Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək "Ümumdünya Humanitar Yardım Sammiti" barəsində də fikir mübadiləsi oldu.



Әlaqәli Xәbәrlәr