" Nә Rusiya Türkiyədәn, nə dә Türkiyə Rusiyadan vaz keçәr’’, N.Kurtulmuş

Baş nazir müavini və hökumət nümayәndәsi Numan Kurtulmuş Türkiyə ilə Rusiyanın bir çox sahədə əməkdaşlıq edәn iki ölkə olduğunu qeyd edib.

460299
" Nә  Rusiya Türkiyədәn, nə dә Türkiyə Rusiyadan vaz keçәr’’, N.Kurtulmuş

Baş nazirin müavini və hökumət nümayәndәsi Numan Kurtulmuş Türkiyə ilə Rusiyanın bir çox sahədə əməkdaşlıq edәn iki ölkə olduğunu qeyd edə​rə​k:

" Nә Rusiya Türkiyədәn nə dә Türkiyə Rusiyadan vaz keçәr''​deyib.

Numan Kurtulmuş Baş nazir Əhməd Davudoğlunun rәhbәrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransı keçirib.

Rus hərbi nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini xatırladan hökumәt nümayәndәsi: ''Türk hava mәkanını pozan Rus tәyyarәsi vurulduqdan sonra münasibәtlәr gәrginlәşdi. Müxtәlif sәylәrlә münasibәtlәr davam etdirilmәyә çalışıldı. Nә Rusiya Türkiyәdәn nә dә Türkiyә Rusiyadan vaz keçәr. Uzun illәr bir-bili ilә yaxın qonşuluq münasibәti olan vә bir çox sahәdә әmәkdaşlıq edәn iki ölkә hәr hansı bir böhranı bәhanә edәrәk münasibәtlәrini pozmaz. Bunu biz əvvəlcədən demişik. Gәrginliyin azalması üçün əlimizdən gələni etdik" deyә qeyd edib.

Bildiyiniz kimi "Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı"ın fәaliyyәtlәri çərçivəsində 3 nəfərdən ibarət Rus hərbi nümayəndə heyəti Türkiyəyə gələcək.

Heyət səfəri çərçivəsində İzmirin Foça qәsәbәsindә yerlәşәn Amfibiya dəniz piyada briqadasında tәdqiqatlar aparacaq.

Rusiya hərbi nümayəndə heyətinə Baş Qərargah Rәisliyi Silahlara Nəzarət və Təsdiqləmə Şöbə İdarəsindәn olan üç zabit müşayiət edəcək.



Әlaqәli Xәbәrlәr