Hədəf tezliklə yeni konstitusiyanın skeletini qurmaqdır

“Səlahiyyət kimdədirsə, məsuliyyət də ondadır”, Ə.Davudoğlu

460078
Hədəf tezliklə yeni konstitusiyanın skeletini qurmaqdır

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu qanunvericilik dövrüdə yeni konstitusiyanın skeletinin meydana gələcəyini söyləyib.

İordaniya səfərindən dönərkən jurnalistlərin suallarını cavablandıran Baş nazirin gündəmində əsasən yeni konstitusiya və toxunulmazlıq mövzuları olub.

Gələn həftə konstitusiya-hüquq mütəxəssislərindən ibarət heyətlə iclas edəcəyini söyləyən Davudoğlu deyib: “Hədəfimiz bir, ya ay yarım içində yeni konstitusiyanın skeletini ortaya çıxarmaqdır. Türkiyənin prezidentlik sisteminə ehtiyacı var. Amma qüvvələr fərqi və qarşılıqlı tarazlıq təyin olunmalıdır ki, kimsənin xəyalında şübhə qalmasın. Prinsip olaraq unitar və Konstitusiya Məhkəməsi olan dövlətlərdə ikikameralı sistemə ehtiyac olduğu qənaətində deyiləm. Səlahiyyət kimdədirsə, məsuliyyət də ondadır."

Toxunulmazlıq müzakirələrilə bağlı isə Baş nazir qarşıda müəyyən bir tarixdə məsələnin Milli Məclis səsverməsinə qoyulacağını bildirib.



Әlaqәli Xәbәrlәr