Çavuşoğlunun ABŞ görüşləri və mesajlar

Kerri qaçqınlarla bağlı əlavə 20 milyon dollar yardım ayıracaqlarını deyib

460101
Çavuşoğlunun ABŞ görüşləri və mesajlar

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu terrorun yalnız Türkiyəyə qarşı deyil, Avropa və bütün dünyaya qarşı təhdid olduğunu və tezliklə qarşısının alınmasının vacibliyini vurğulayıb

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda olan Çavuşoğlu əvvəlcə həmkarı Con Kerri ilə görüşüb, İstanbul, Ankara, Brüssel, Pakistan, Afrika və dünyanın digər yerlərində bir-birinin ardınca baş verən terror hücumlarını xatırladıb, bu hadisələri törədən DAEŞ, Əl Nusra və PKK kimi təşkilatlara qarşı mübarizəni gücləndirməklə bağlı danışıb.

Con Kerri də öz növbəsində DAEŞ, Nusra kimi terror təşkilatlarının ən qısa zamanda və sürətlə aradan qaldırılması, bölgə və ölkədə sabitliyin bərpa edilməsindən bəhs edib. Terrorla mübarizədə Türkiyənin ABŞ-ın əhəmiyyətli NATO müttəfiqi və ortağı olduğunu, eyni zamanda, ölkənin 3 milyona yaxın (2,7 milyon) suriyalı qaçqına ev sahibliyi etdiyini vurğulayıb və qaçqınlarla bağlı əlavə 20 milyon dollar yardım ayıracaqlarını deyib.

Kerridən sonra Çavuşoğlu Ağ Evin Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Suzan Raysla görüşüb.

Sonra mətbuat konfransında çıxış edən Rays və Çavuşoğlu iki ölkə arasında təhlükəsizlik və terrorla mübarizə məsələlərindən bəhs ediblər.

Ağ Evin Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Susan Rays terrorizmin öhdəsindən gəlmək üçün ABŞ-ın Türkiyənin yanında yer aldığını və bununçün ölkənin üzərinə bir çox öhdəlik düşdüyünü vurğulayıb, Türkiyədə terror təşkilatı PKK tərəfindən törədilən hücumları qınayıb, bunların sona çatması üçün lazım olan işləri birgə görmək lazım olduğunu söyləyib.

ABŞ görüşləri zamanı Kipr (Qıbrız) məsələsinə də toxunan Mevlüt Çavuşoğlu Cənubi Kiprdə seçkilərdən sonra bu prosesin sürətləndirilməsini gözlədiklərini və Türkiyənin buna hər zaman hazır olduğunu bildirib. Eyni zamanda, Çavuşoğlu Amerika Diyanət Mərkəzində fərqli dinlərin nümayəndələri də görüşərək tolerantlıq və sülh mesajları verib.



Әlaqәli Xәbәrlәr