ABŞ-da Çavuşoğlu-Rays görüşü

Susan Rays terrorizmin öhdəsindən gəlmək üçün ABŞ-ın Türkiyənin yanında yer aldığını və bununçün ölkənin üzərinə bir çox öhdəliklər düşdüyünü vurğulayıb

460092
ABŞ-da Çavuşoğlu-Rays görüşü

Rəsmi görüşlər üçün Amerika Birləşmiş Ştatlarına səfər edən Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu əvvəlcə həmkarı Con Kerri, sonra Ağ Evin Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Susan Rays (Rice) ilə görüşüb.

Sonra mətbuat konfransında çıxış edən Rays və Çavuşoğlu iki ölkə arasında təhlükəsizlik və terrorla mübarizə məsələlərindən bəhs ediblər.

Ağ Evin Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Susan Rays terrorizmin öhdəsindən gəlmək üçün ABŞ-ın Türkiyənin yanında yer aldığını və bununçün ölkənin üzərinə bir çox öhdəliklər düşdüyünü vurğulayıb. Türkiyədə terror təşkilatı PKK tərəfindən törədilən hücumları qınayan Rays bunların sona çatması üçün lazım olan işləri birgə görmək lazım olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr