"Pakistanda törǝdilǝn terror aktı ölkǝlǝr üçün bir sınaqdır", R.T.Әrdoğan
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Pakistanın Lahor şǝhǝrindǝ törǝdilǝn terror hücumunu qınayıb.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Pakistanın Lahor şǝhǝrindǝ törǝdilǝn terror hücumunu qınayıb.
Әrdoğan Türkiyǝnin hǝr zaman olduğu kimi bu acı günündǝ dǝ Pakistanın yayında olduğunu bildirib.
Dövlǝt başçısı Pakistanın prezidenti Mǝmnun Hüseyn, Pǝncab ǝyalǝtinin Baş naziri Şahbaz Şǝrif vǝ Pakistan xalqına başsağlığı verib.
Әrdoğan uşaqların olduğu bir parkda törǝdilǝn hücumun terrorun sǝrhǝd vǝ dǝyǝr tanımayan üzünü ortaya qoyduğunu vurğulayıb.
Dövlǝt başçısı deyib ki, bu terror aktı bütün dünya ölkǝlǝri üçün terror qarşısındakı sǝmimi mövqelǝrini ortaya qoymalarını tǝmin edǝcǝk bir sınaqdır.
Baş nazir Davudoğlu da Pakistanın Baş naziri Navaz Şǝrif vǝ Pǝncab ǝyalǝtinin Baş naziri Şahbaz Şǝrifǝ başsağlığı verib.
Davudoğlu mesajında terroru lǝnǝtlǝyǝrǝk terrorla mübarizǝdǝ qardaş Pakistanla dǝstǝk vǝ hǝmrǝyliyin davam etdriliǝcǝyini bildirib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq