Mehmet Müezzinoğlu​ yeni konstitusiya və prezidentlik sistemi barədə danışdı

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu​ konstitusiya dəyişiklikləri ilə əlaqədar bu ilin oktyabr, və ya noyabr aylarında referendum keçiriləbiləcəyini söylədi.

459816
Mehmet Müezzinoğlu​ yeni konstitusiya və prezidentlik sistemi barədə danışdı

Müezzinoğlu​ Ədirnədə Türkiyə Ədalət və İnkişaf Partiyasının şəhər mərkəzində etdiyi çıxışda yeni Türkiyə konstitusiyasına hazırlıq prosesi haqqında məlumat verdi.

Məsələ ilə əlaqədar referendum keçirmək istədiklərini dilə gətirən nazir konstitusiya dəyişikliklərinin bu il ərzində həyata keçirilməsinə ümüd etdiklərini söylədi.

Çıxışında prezidentlik sistemi mövzusuna da toxunan Müezzinoğlu bu məsələnin də xalqın arzusu ilə həll olunacağını ifadə etdi.

Prezidentlik sistemi ilə Türkiyənin daha sürətlə irəliləyəcəyini vurğulayan Müezzinoğlu xalqın mövcud parlament sisteminin təkmilləşdirilmiş formasınına üstünlük verdiyi təqdirdə, onu da qanunlara uyğun şəkildə həyata keirəcəklərini vurğuladı.





Әlaqәli Xәbәrlәr