Türkiyǝnin Xarici İşlər Nazirliyi İraqda törәdilәn xain terror aktını pislәyib

Türkiyǝnin Xarici işlər Nazirliyi İraqın paytaxtı Bağdadın cənubunda yerlǝşǝn Babilistan şəhərində törǝdilǝn xain terror aktını qətiyyətlə pisləyib.

458960

Nazirlikdǝn verilǝn açıqlamada: ''İraqda törədilmiş amansız terror aktı bizi olduqca kədərləndirdi. Hadisǝ nǝticǝsindǝ hǝyatını itirǝnlǝrǝ rǝhmǝt, yaxınlarına vǝ İraq xalqına başsağlığı,yaralananlara şǝfa dilǝyirik. İraqın paytaxtı Bağdadın cənubunda yerlǝşǝn Babilistan şəhərində törǝdilǝn xain terror aktını qətiyyətlə pisləyirik'' deyilib.

Açıqlamada hǝmçinin Türkiyənin terrora qarşı mübarizədə İraqla əməkdaşlıq və həmrəylik içində olmağa davam edəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr