“Türkiyəni kor millətçiliyin əsiri etməyəcəyik”, N.Kurtulmuş

Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş terror təşkilatlarının heç bir şəkildə məqsədlərinə çata bilməyəcəyini vurğulayıb

458544
“Türkiyəni kor millətçiliyin əsiri etməyəcəyik”, N.Kurtulmuş

İstanbulda AK Partiyanın Zeytinburnu Məşvərət Məclisi Toplantısında iştirak edən Numan Kurtulmuşun gündəmində terror hadisələri olub və çıxışı zamanı bu sözləri vurğulayıb: “Çanaqqala və Qurtuluş Savaşlarında düşmənlər babalarımızın qarşısında dura bilməyib ölkəni tərk etməyə məcbur oldular. Bu gün də bir çox xarici güclərin dəstək verdiyi terror təşkilatları, inşallah, şələ-küləsini yığışdırıb bu torpaqlardan çıxacaq. Millət terror qarşısında dimdik dayanıb və bu coğrafiyada planları olanlara da əsla icazə verilməyəcək. Biz kor milliyyətçiliyin əsiri deyilik və bu coğrafiyanı, ölkəni də kor millətçiliyin əsiri etməyəcəyik. Bu torpaqları nə məzhəb, nə də etnik baxımdan ayırmağa kimsənin gücü çatmayacaq. Beynəlxalq cəmiyyətə səslənirik: “Terrorun yaxşısı, pisi olmaz, bunu anlayın".

Sonda Numan Kurtulmuş Yeni Konstitusiya ilə bağlı da danışaraq “Parlamentdə səsvermə qənaətbəxş olmazsa, referendum elan olunacaq" deyib.



Әlaqәli Xәbәrlәr