Türkiyə PKK-ya zərbələr vurmaqda davam edir

İraqın şimalında olan Avaşin Basyan bölgəsindəki PKK hədəflərinə 6 ədəd F-16 və F-4 2020 tipli döyüş təyyarələrilə hava hərəkatı təşkil edilib

458226
Türkiyə PKK-ya zərbələr vurmaqda davam edir

Türkiyə Silahlı Qüvvətləri terror təşkilatı PKK-ya ağır zərbələr vurur.

İraqın şimalında olan Avaşin Basyan bölgəsindəki PKK hədəflərinə 6 ədəd F-16 və F-4 2020 tipli döyüş təyyarələrilə hava hərəkatı təşkil edilib.

Mardin, Şırnak və Hakkaridəki əməliyyatlarda yenə 24 terrorçu zərərsizləşdirilib.

Məlumatı Baş Qərargah Rəisliyi verib.

Mardinin Nusaybin qəsəbəsində bölücü terrorun 10 üzvü tərksilah edilib. Əməliyyatda zərərsizləşdirilən terrorçu sayı 70 nəfər olub.

Şırnakda 66 terrorçu və 22 əl qumbarası zərərsiz hala gətirilib.

Hakkarinin Yüksekova qəsəbəsindəki əməliyyatda isə 2 terrorçu tutulub, 10 partlayıcı isə məhv edilib.



Әlaqәli Xәbәrlәr