Milli Tǝhlükǝsizlik Şurasının iclasında terrorla mübarizǝ müzakirǝ olunub

Dövlət başçısı Rəcəb Teyyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının aylıq iclası keçirilib.

457830
Milli Tǝhlükǝsizlik Şurasının iclasında terrorla mübarizǝ müzakirǝ olunub

Dövlət başçısı Rəcəb Teyyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının aylıq iclası keçirilib.

Cümhurbaşqanlığı kompleksində təşkil edilən yığıncaq 6 saat 15 dəqiqə davam edib.

İclasın gündəliyindəki əsas məsələ terrorla mübarizə olub.

Tədbirdən sonra verilən açıqlamada terrorun beynəlxalq problem olduğu, terrorla mübarizə məsələsinin priolitetliyi vurğulanaraq, Ankara, İstanbul və Brüsseldǝ baş verən hadisələr bir daha müzakirə edilib.

Terrorizmə qarşı beynəlxalq həmrəyliyin əhəmiyyətinə də toxunulub.

Verilən açıqlamada,"Ankara, İstanbul və son olaraq Brüsseldə baş verən terror hadisəsində eyni üsullardan istifadə; terrorun din, dil, irq, məkan və dövlət ayrı-seçkiliyi etmədən təhlükə yaratdığını, beynəlxalq ictimaiyyətlə birgə əməkdaşlıq edilməsinin vacibliyi qeyd edilib.

"Terror hadisəsi zamanı yaşayış məntəqələrinə dəyən ziyanın və dağıntıların ən qısa müddətdə bərpa edilməsi və zərərin aradan qaldırılması üçün lazım olan tədbirlərin görülməsi vurğulanıb.

Milli Təhlükəsizlik Şurasının iclasında Suriya mövzusu, qaçqın və köçkün məsləsi də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr