Bəyoğlu hücumu ilə bağlı istintaq davam edir

İstanbulun Bəyoğlu bölgəsindəki terror hücumunda şübhəli bilinən 5 nəfərin biri həbs olunub.

457100
Bəyoğlu hücumu ilə bağlı istintaq davam edir

İstanbulun Bəyoğlu bölgəsindəki terror hücumunda şübhəli bilinən 5 nəfərdən biri həbs olunub.

Qeyd edək ki, İstiqlal Prospektində martın 19-da şənbə günü baş verən terror hücumu ilə əlaqədar istintaq davam etdirilir.

Hadisədən sonra nəzarətə götürülən partlayışı törədən Məhmət Öztürkün atası və adı açıqlanmayan bir nəfər, polis orqanlarında dindirildikdən sonra sərbəst buraxılıb.

Məlumata görə, hücumla əlaqədar genişmiqyaslı əməliyyatlar davam etdirilir, və yaxın zamanlarda bir neçə şübhəlinin də həbs ediləcəyi gözlənilir.

Xatırladaq ki, hücumda, üç İsrail, bir İran vətəndaşı olmaqla 5 nəfər həyatını itirmiş, aralarında xaricilərin da olduğu 36 nəfər yaralanmışdı.


Etiketlәr: #İstanbul , #Beyoğlu

Әlaqәli Xәbәrlәr