“Terror təşkilatları ciddi şəkildə əl-qol açıb”, N.Kurtulmuş

Bir loxma çörəyi çətinliklə tapan bu adamların əlinə bu qədər silahı kimlər verir?

456328
“Terror təşkilatları ciddi şəkildə əl-qol açıb”, N.Kurtulmuş

“TRT Haber"dən yayımlanan “Haber Odası" proqramında qonaq olan Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş gündəmdəki siyasi məsələlərdən danışıb.

Belçikadakı terror hücumuna toxunan Kurtulmuş Türkiyədəki terroru görməməzliyə vuran Qərbi tənqid edərək deyib: "İstanbulda, Ankarada, Suruçda bombalar partladılanda Qərbə təsir etmir. Bu, çox sarsıdıcıdır. Amma, göründüyü kimi, bütün dünyaya yayılan terrorun kimi harada vuracağı və hədəfi bəlli deyil. Məsələn, Brüssel. Bəzi dövlətlər terrorçulara şərait yaradanda özlərinə təhlükələr yaratdıqlarını da bilməlidirlər. İnsanlarla yola getməyi bilməyən, əlində yarım stəkan təmiz suyu olmayan, bir loxma çörəyi çətinliklə tapan bu adamların əlinə bu qədər silahı kimlər verir?"

Terrordan başqa Türkiyə vətəndaşlarının Avropa İttifaqına viza məsələsinə də toxunan Baş nazir yardımçısı Numan Kurtulmuş bu barədə deyib: “İyun ayından Türkiyə vətəndaşlarının Avropaya getməsini təmin edəcək işlərlə bağlı qarşılıqlı çalışırıq. Nəticə həm Türkiyə, həm də Avropa İttifaqı üçün əhəmiyyətlidir".



Әlaqәli Xәbәrlәr