Qaziantepdә 10 DEAŞ üzvü terrorçu saxlanılıb

Suriyadan Türkiyəyə keçmәk istәyәn DEAŞ üzvü 10 terrorçu Qaziantepdə saxlanılıb.

456625
Qaziantepdә  10 DEAŞ üzvü terrorçu saxlanılıb

Suriyadan Türkiyəyə keçmәk istәyәn DEAŞ üzvü 10 terrorçu Qaziantepdə saxlanılıb.

Tәhlükәsizlik qüvvәlәri terrorçulara aid bir partlayıcı qurğu yerlәşdirilmiş jilet vә 12 әdәd partlayıcı maddә әlә keçirib.

Qaziantep İcra Hakimiyyətindən verilən məlumata görə, Suriyadan Türkiyəyə keçmәk istәyәn 13 nəfərlik bir qrup müәyyәn edilib.

Tәhlükәsizlik qüvvәlәrinin ''Dayan'' әmrinә әmәl etmәyәrәk sәrhәdi keçmәyә cәhd göstәrәn terrorçular polis tәrәfindәn açılan atәş nәticәsindә 2-si yaralı olmaqla 10 nәfәr saxlanılıb, 3 nәfәrsә qaçıb.

Hadisә yerindә aparılan axtarışlarda bir partlayıcı qurğu yerlәşdirilmiş jilet vә 12 әdәd partlayıcı maddә әlә keçirilib.

Tәhlükәsizlik qüvvәlәri tərəfindən tutulan DEAŞ üzvləri hüquq-mühafizə orqanlarına təslim ediliblər.

Digər tərəfdən Qaziantepdə qeyri-qanuni yollarla Suriyaya keçməyә çalışan 2-si qadın olmaqla 6 әcnәbi ilə Suriyadan Türkiyəyə daxil olmağa çalışan 2 əcnəbi saxlanılıb.

Rayon Jandarm Komandanlığı dәstәlәri tәrәfindәn saxlanılan əcnəbilәr mahkeme tәrәfindәn həbs olunub.

İstanbulda da terror tәşkilatı DEAŞ-la әlaqәsi olan şәxslәrә qarşı hәyata keçirilәn әmәliyyatda ikisi İraq vә Suriya vәtәndaşı olmaqla 3 nәfәr saxlanılıb.



Әlaqәli Xәbәrlәr