Yeni islahat paketində yer tutan qanun layihələrinə dair fəaliyyətlər başa çatıb

52 maddədən ibarət "Fəaliyyət Planı" ilə, məşğulluq, sosial təhlükəsizlik və təhsil sahsində bir sıra islahatlar həyata keçiriləcək.

455461
Yeni islahat paketində yer tutan qanun layihələrinə dair fəaliyyətlər başa çatıb

Hökumət yeni islahat paketində yer tutan qanun layihələrinə dair fəaliyyətlərini başa çatdırıb.

52 maddədən ibarət "Fəaliyyət Planı" ilə, məşğulluq, sosial təhlükəsizlik və təhsil sahsində bir sıra islahatlar həyata keçiriləcək.

Nazirlər Kabineti dünən Baş nazir Əhməd Davudoğlunun rəhbərliyində Çankaya Köşkündə yığıncaq keçirib. Baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş yığıncaq davam edərkən mətbuata açıqlama verərək deyib ki, hökumətin proqramında yer tutan vədlərimizin hamısını 52 maddədən ibarət layihə ilə həyata keçiririk.

İslahat paketini təşkil edən yeni fəaliyyət planının hazır olduğunu bildirən Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinə göndəriləcək qanun layihəsinin, iş həyatı, sosial təhlükəsizlik və təhsil məsələlərinə dair əsasları əhatə etdiyini söyləyib.

Baş nazir müavini ayrıca təhlükəsizlik səbəbi ilə təxirə salınan "Qalatasaray - Fənərbaxça" matçı ilə əlaqəli olaraq isə bildirib ki, oyunun təxirə salınması qərarına dair fikirlər irəli sürülməməlidir. Çünki ciddi mənada təhlükəsizlik tədbirləri görülməsinə dair kəşfiyyat məlumatları vardı. Nəticədə belə bir qərara gəlindi.

Bir jurnalist sual verib ki, Türkiyədə qeydiyyata alınmış suriyalı qaçqınlar vətəndaşlığa qəbul ediləcəkmi? Numan Kurtulmuş bu suala cavabən deyib ki, ölkəmizdə 2 milyon 700 min suriyalı qaçqın var. Bunların hamısının vətəndaşlığa qəbul edilməsi kimi bir planımız yoxdur.

Nazirlər Kabinetində terror məsələsinin də müzakirə olunduğunu qeyd edən Kurtulmuş terrorun Türkiyəni təzyiq altında tutmağa cəhd göstərək lazım olan addımların atılmasına mane olmağı qarşısına məqsəd qoyduğunu, hökumətin bu vəziyyət qarşısında vacib olan bütün tədbirləri sürətli şəkildə görməyə davam edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr